055 238 40 02

Bakı şəh., Caspian plaza 1/6

Online təhsilin müsbət cəhətləri.

0
Share

Onlayn dərslərdə iştirak edib ingilis dili bacarığımı necə inkişaf etdirə bilərəm?

Bu blogda mən sizlərə  onlayn  dərslərin  ingilis dilinin mükəmməl öyrənilməsində olan rollarını izah edəcəm.  Gəlin başlayaq! 

1. Yazı Bacarığı.

Əgər siz “TOEFL, IELTS SAT GMAT GRE” kimi beynəlxalq ingilis dili imtahanlarına hazırlaşırsınızsa və sizə inşa yazmaq üçün mükəmməl yazı bacarığı lazımdırsa onda onlayn dərslər məhz sizin üçündür. Belə ki, onlayn platforma olan writeandimprove.com vasitəsi ilə eyni zaman kəsimində müəllim tələbənin yazı vərdişlərini interaktiv formada ekran sahəsini tələbə ilə bölüşdürməklə analiz edə bilir. Eyni zamanda tələbə vizual olaraq inşasında aşağıdakı yazı nümünələrini görə bilir. 

– daha sadələşdirilmiş cümlələr;

– yazdığınız  uzun cümlələrin daha qısa və oxunaqlı versiyasını;

– təkrar olunan sözlər, onların daha ümumişlək forması ilə əvəz olunmasını;

– uzun paraqrafların daha qısa və lakonik formada yazılmasını;

2. Smart lövhə.

Siz smart lövhələrdən istifadə etməklə hətta dərs bitdikdən sonra belə yaddaşda qalan dərs zamanı müəllimin izah etdiyi informasiyanı əldə edə bilirsiniz. Onlayn dərslər imkan verir ki, həmin elektron lövhələri tələbə dijital formada hər hansı bir faylın içərisində tarixlər üzrə xronoloji qaydada yaddaşda saxlasın. Bununla belə, tələbənin elektron portalında whiteboard history formalaşır. İstənilən anda tələbə həmin faylda axtarış verə bilər. 

3. Ekran görüntüsünün yazıya alınması

Dünyada gedən son proseslər göstərdi ki ənənəvi təhsil özünü doğrultmur.  Bunun ən bariz nümunəsi qlobal istiləşmədir. Araşdırmalara görə sözügedən problemin aradan qalxmasında ümumdünya təhsil sisteminin rolu çox böyükdür. Belə ki, tələbələr ənənəvi təhsildə  məcbur edilirdi ki, yalnız dərs otaqlarında otursunlar və müəllimi dinləsinlər. Çox hallarda dərs zamanı tələbə öz fikrini cəmləyə bilmirdi. Artıq onlayn dərslər imkan verir ki, tələbə dərsin gedişini video-yazıya alsın və günün istənilən saatında, fikrini cəmləşdirə bildiyi vaxtda onu dinləsin. Nəticə etibarı ilə daha məhsuldar dərs öyrənmə prosesinə malik olur.    

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir