İngilis dili və bu dildə səlis danışmaq, bir çoxumuzun məqsədi, istəyi və arzusudur.
Hal-hazırda elə bir sahə tapılmaz ki, orada bu dilə tələbat olmasın. Bəs bu dildə necə səlis danışa bilərik? Bu dili səlis öyrənib danışa bilən bir çox şəxs sizə müxtəlif yollar göstərsə də, içlərində ən geniş yayılmış və effektiv üsullardan biri bu dilin daşıyıcısı ilə ünsiyyət qurmaqdır. Əvvəllər, təxminən 10 il əvvəl, bunu kiməsə desəydiniz cavabı belə olardı: “Mən ingilisi hardan tapım ki, hələ üstəlik onla ünsiyyət də qurum?! Amerikaya ya İngiltərəyə gedə bilmərəm axı! Lakin indi bunu etmək barmaqlarımızın və smartfonumuzun sayəsində kliklik məsələdir. Təbii ki, ilk öncə big brotherı (İnternet) unutmayaq.
Belə ki, istədiyin yerdə, istədiyin zaman bunu edə bilərsən. Bu blogda isə sənə ən vacib lazım olanları qeyd edəcəyik.
Günümüzdə mesajlaşmadan istifadə etməyən insan tapmaq demək olar ki, mümkünsüzdür.
5 yaşındakı yenicə yazmağı öyrənən uşaqdan tutmuş, 70 yaşındakı pensioner nənə-babalarımıza kimi hərkəs bunu edə bilir.
Xarici dil öyrənərkən çoxlarının “dərdi” və “qorxusu” qrammatika isə bu məsələdə sənə lazım olmayacaq. Odur ki, dərin nəfəs alıb oxuyacaqlarını qeyd edə bilərsən. Fərq etməz məktəbli, abituriyent və ya sadəcə xarici dil öyrənməyə maraqlı biri.
Bəlkə də bir çoxuna rast gəlmisən amma mənasını bilmədiyin üçün istifadə etməyə tərəddüd etmisən.
LOL – Gülməkdən öldüm.
OMG – Ay Allah sən saxla!
IDK – Mən nə bilim?!
HBD – Adgünün mübarək!
CU – Görüşərik!
XOXO – maç-maç/quc-quc
SUP – Nə var nə yox?
PLS – Xahiş edirəm.
THX – Təşəkkürlər!
Gr8 – Əla!
BRB – İndi gəlirəm.
TGIF – Şükür Allaha ki, artıq Cümədir.
BFF – Ömürlük ən yaxın dostlar.
IRL – Real həyatda
NVM – Eybi yox, heçnə olmaz.
OMW – Yoldayam.
PPL – İnsanlar
AMA – Nə istəyirsən soruş.
JK – Zarafat edirəm.
IMO – Fikrimcə
TBH – Düzü desəm
FYI – Xəbərin olsun
IDC – Vecimə deyil.
TBT – İnstagram/sosial mediada hər 4-cü gün köhnə şəkillər paylaşanda yazılır.
TTYL – Sonra danışarıq.
AFFAIK – Bildiyim qədərilə
LMK – Xəbərim olsun.
BTW – Yeri gəlmişkən
ROFL – Gülməkdən yerdəyəm.
P.S – Əlavə qeyd
ASAP – Ən qısa zamanda
U – Sən
2nite – Bu gecə
2moro – Sabah
G2G – İndi getməliyəm.
B4N – Hələlik!
BC – Ona görə ki,
DM – Birbaşa mesaj
NBD – Problem deyil.
NP – Problem yoxdu.
YOLO – Dünyaya bir dəfə gəlirsən (5 günlük dünyadı)