055 238 40 02

Bakı şəh., Caspian plaza 1/6

İNGİLİS DİLİ ÖYRƏNMƏK ÜÇÜN 3 VACİB TÖVSİYYƏ

0
Share

Hazırda ingilis dili dünyada  ən geniş yayılmış dillərdən biridir. İngilis dili dünyada diplomatiya  kommersiya, siyasət, elmi,texniki və kütləvi informasiya dili kimi məhşurdur. Muasir dövrümüzdə nəşr olan ədəbiyyatın və kütləvi məlumatın əksəriyyəti ingilis dilində dərc olunur.Bütün bu deyilənləri görə ingilis dilini öyrənməsi hər kəs üçün həyatı zərurət kimi qarşıda durur.İngilis dilini ikinci dil kimi bir milyarddan çox insan danışır. Hər kəs bu dili öyrənmək istəyir çünki dünyaya bu dillə  çıxmaq mümkündür. İngilis dilini qısa müddət ərzində və yüksək keyfiyyətlə öyrənmək heç də çətin deyil sadəcə bunun öhdəsindən gəlmək üçün doğru istiqaməti,sadəcə metodları və lazımlı vasitələri düzgün şəkildə istifadə etmək lazımdır.Xarici dil öyrənərkən özümüz özümüzə mane ola bilirik amma əslindən bunun öhdəsindən gəlmək heç də xəyal deyil .Etməli olduğunuz şey qarşınıza məqsəd qoymaq, başlamaq dəvam etmək və tərk etməməkdir İngilis dilini effektiv bir şəkildə öyrənmək və bu müddəti sürətləndirmək üçün müxtəlif və çoxlu tövsiyyələr vermək olar Lakin ən vacib yollar aşağıdakılardı. Üsullardan və tövsiyələrdən istifadə edərək dünya dili  olan İngilis dilini rahatlıqla öyrənə bilərsən  

  1. İlk növbədə ingilis dili öyrənmək üçün qarşınızda məqsəd olmalıdır. qarşısında məqsəd olduqdan sonra  dili öyrənmək sizə çətin olmayacaq. Başlamazdan öncə qələmi götür  və yaz sən nə üçün ingilis dili öyrənirsən yalnız düşünki niyə bu dili öyrənmək sənin üçün vacibdir. Bunu kimsə göstərməyə ehtiyac yoxdur sadəcə bunu yazaraq sən özün əmin olursan ki, sənin məqsədin səni ingilis dilini öyrənməyə motivasiya etmək üçün yetərlidir əgər belə etsən məqsədinə tez bir zamanda çata bilərsən bu məqsədlər müxtəlif ola bilər məsələn sən üç ay müddətində gündəlik mövzular (idman musiqi filmlər səyahət) haqda sadə cümlələr quraraq danışmağı öyrənə bilərsən. özün üçün bu məqsədi hədəfi müəyyənləşdir sən zəhmətinin hədər getmədiyini görəcəksən  
  1. İngilis dilini sürətlə öyrənmək üçün asanlıqla edə biləcəklərimiz dən biridə mümkün qədər çox  oxumaqdır oxumaq sizin söz ehtiyatınızı artıracaq həmçinin sizə qrammatika və Jarqonlari öyrənməyə kömək edəcək. Əgər siz uşaq kitabları oxumaq istəmirsizsə bunun əvəzinə gülməli əhvalatlar  məqalə qazet oxuya bilərsiz. Müasir dövrümüzun qabaqcıl texnologiyaları bütün bu sadalananların elektron variantını əldə etməyinizə yardımçı olacaqdır.Əsas məqsəd sizin bütün bunlar vasitəsi ilə yeni və lazım olacaq sözləri öyrənmək  cümlələrdəki məntiqi və qrammatik ardıcıllığa fikir vermək,sözlərin harada necə və hansı məqsədlə istifadəsinə diqqət yetirib mənimsəməkdir elektron variantda olan audio kitablarin üstünlüyü ondadır ki bu kitabları dinləmək sizin tələffüzünüzün inkişafına xüsusi kömək edəcək istər kitabları məqalələri qəzetləri oxuyarkən istərsədə audio kitabları dinlərkən qarşınıza çıxan bilmədiyiniz sözləri mütləq qeyd dəftərçənizə qeyd etməli və öyrənməlisiz. Təkrar edib həmin sözləri istifadə etdikdə onlarda daha yaxşı yadda qalacaqdır 
  1. Şüur altınız səsi çox sevir səsli danışın oxuyun yazın  film izləyərkən, kitab oxuyarkən, musiqi dinləyərkən səsli olaraq təkrarlayın bunu təkrarların sayı artdıqca və zaman keçdikcə sizə nə qədər yararlı olduğunu görəcəksiniz. Dilin sözləri və cümlələri öz özünə ağlınıza gələcək.Ən mühim məqam bu öyrəndiklərinizi istifadə etməyi bacarmaqdır kitab oxuyub söz öyrənmək dili bilmək anlamına gəlmir bütün bunlardan istifadə edərək danışmağı bacarmaq lazımdır. Əgər başqa biri ilə danışarkən yazışarkən səhv edirsinizsə təbii olaraq sizə bunun doğrusunu öyrətmək istəyəcək Öz-özünüzə səhv etsəniz belə doğrusu ilə qarşılaşdığiniz zaman şüur altınız sizi doğrusuna yönləndirəcək. Çünki səhvi bəlkə də bir yerdə edəcəkdir amma doğrular bir çox yerdə qarşınıza çıxacaq şüur altı hər zaman çoxluğun tərəfindədir buna görədə dil öyrənərkən cəsur olun. 

Xarici dil öyrənmək çox çətin kimi görünən amma sizi qorxudan əngəlləri tərk etdiyiniz zaman çox zövqlü öyrənmə müddətidir  

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir