Məlum olduğu kimi İngilis dili dünyada beynəlxalq dil statusunu daşımaqdadır. Demək ki, dünyaya inteqrasiya etməyin yollarından biri də məhz bu dili öyrənməkdir. Başqa bir dili mənimsəmək kənardan bir qədər çətin görünə bilər. Lakin düzgün strategiya və üsullar seçsəniz mürəkkəbi sadəyə çevirmək mümkün olacaqdır. İngilis dili digər dillərlə müqayisədə asan bir dil olsa da bəzən öyrənən insanlar müxtəlif problemlərlə qarşılaşır və nəticədə mənfi gösdəricilər əldə edir. Ancaq ingilis dilini qısa müddət ərzində və yüksək kefiyyətlə öyrənmək heç də xəyal deyildir. Sadəcə bunun öhdəsindən gəlmək üçün doğru istiqaməti, sadə metodları və lazımlı vasitələri düzgün şəkildə istifadə etmək gərəkdir.
Sürətli bir şəkildə İngilis dilini öyrənmək üçün müxtəlif və çoxlu tövsiyələr vermək olar. Lakin burada sizinlə ən vacib yollarını bölüşmək daha məqsədə uyğundur.
İlk növbədə ingilis dilində olan kitablar, jurnallar, məqalələr,qəzetlər oxuya bilərsiniz. Müasir dörümüzün qabaqcıl texnologiyaları bütün bu sadalananların elektron variantını əldə etməyinizə yardımçı olacaqdır. İstədiyiniz zaman, istədiyiniz şəkildə bu materillara sahib ola bilərsiniz. Əsas məqsəd sizin bütün bunlar vasitəsilə yeni və lazım olacaq sözləri öyrənmək, cümlələrdəki məntiqi və qrammatik ardıcıllığa fikir vermək, sözlərin harda, necə və hansı məqsədlə istifadəsinə diqqət yetirib mənimsəməkdir. Müxtəlif mövzular vasitəsilə istənilən janra uyğun sözlərə, frazeloji və məcazi mənalı birləşmələrə rast gələcəksiz. Bütün bunları vaxtında öyrənsəniz ingilis dilində danışan hər hansı bir kəsin dilində həmin şeyləri anlaya bilərsiniz. Əgər siz bu dili öyrənməyə yeni başlamısınızsa çalışın ki, öz dil səviyyənizə uyğun materiallardan istifadə edəsiniz. İstər kitab mağazalarından, istərsə də müxtəlif saytlardan öz səviyyənizə uyğun vəsaiti əldə edə bilərsiniz. Müxtəlif, maraqlı mövzuda olan hekayələr vasitəsilə sadədən mürəkkəbə doğru gedən yol sizin ingilis dilini öyrənməyinizi təmin edəcəkdir.
Yuxarıda qeyd etmiş olduğum materiallar vasitəsilə yeni sözlərə rast gələcəyinizi söylədim. Ən mühim məqamlardan biri də məhz sözlərdir. Təbii ki, bir dildə danışıb və başa düşmək üçün həmin dilin sözlərini bilmək lazımdır. Sözləri düzgün şəkildə və vaxtında öyrənmək vacibdir. Çünki rastlaşdığımız bütün sözlər bizim qarşımıza hər zaman və hər yerdə çıxacaqdır. Bəzən kitab oxuyarkən öyrəndiyimiz, lakin qeyd etmədiyimiz sözü hər zaman xatırlayacağımızı düşünürük. Amma inanın ki, bu belə deyil. Əgər həqiqətən söz öyrənmək istəyirsinizsə, mütləq şəkildə sizin qeyd dəftərçəniz olmalıdır. Həmin sözlər qeyd edilməli, daim yanınızda olmalı və hər zaman təkrar edilməlidir. Təkrar edib həmin sözləri istifadə etdikdə onlar daha yaxşı yadda qalacaqdır. Mexaniki əzbərləmədən tamamilə uzaq durun. Bu sizə müəyyən bir situasiyada yardımçı ola bilər. Digər hallarda isə siz artıq sözlərlə bağlı problemlərlə üzləşəcəksiniz.
Ən mühim məqamlardan biri də öyrəndiyiniz dili düzgün şəkildə istifadə etməyi bacarmaqdır. Kitab oxuyub söz öyrənmək hələ dili bildiyiniz anlama gəlmir. Mütləqdir ki, bütün bunlardan istifadə edərək səlis danışmağı və dinləməyi bacarmaq lazımdır. Bütün bunların inkişaf etməsi isə yenə də sizin öz əlinizdədir. Mütləq video və audio materiallara müraciət edin. Bununla siz danışıq əsnasında istifadə olunan sözləri doğru şəkildə duyub anlaya biləcəksiziniz. İnternetdə əldə edib yararlana biləcyiniz çoxlu sayda bu cür vəsaitlər var. Bunları ingilis dilli insanların dili ilə dinləmək onların ritminə, intonasiyasına agah olmağınızı inkişaf etdirəcək. İngilis dilində olan Youtube kanallarına abunə olun. Bacardığınız qədər ana dili ingilis dili olan insanlar tapıb ünsiyyət qurun. Hal-hazırda mövcud olan sosial şəbəkələrlə də buna nail ola bilərsiniz. Bu sizin ingilis dilini daha asan şəkildə qavramğınıza yardım edəcəkdir. Əgər bunu edə bilməsəniz belə təşkil olunan Conversation club- yəni söhbət klublarına qoşula bilərsiniz. Xarici və ya yerli ingilis dili müəllimləri tərəfindən aparılan söhbətlər sizin dinləmə bacarığınıza, danışa bilməməmək və ya danışarkən səhv etmək kimi fobiyaniza, ətrafınızda bu dildə danışan insanlarla sosiallaşmağınza müsbət və keyfiyyətli təsir göstərəcəckdir.
Bütün yuxarıda sadaladığım tövsiyələr bu dili öyrənmək istəyən hər kəsə şamil edilir. Unutmayın ki, dil öyrənmək çətin bir iş deyil. Sadəcə dili sevib özünüzə güvənin.